37 yaşlı ispan müdafiəçi Serxio Ramos karyerasını Türkiyənin "Qalatasaray" futbol klubunda davam etdirəcək.
"Unikal" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Ramos Fransa çempionu PSJ-dən ayrıldıqdan sonra azad agent statusuna sahib idi.
Qeyd edək ki, o, ötən mövsüm PSJ ilə bütün turnirlərdə 43 matçda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Ramos daha əvvəl İspaniyanın "Sevilya" və "Real" klublarında da çıxış edib.
Ağarza Elçinoğlu