Türkiyə "Qalatasaray"ı mövsümlərarası fasilədə növbəti transferini açıqlayıb.
"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Almaniyanın "Bayer" (Leverkuzen) komandasından Kerem Demirbayı heyətinə qatıb.
Hələlik türkəsilli almaniyalı yarımmüdafiəçi ilə imzalanacaq müqavilənin detalları bəlli deyil. "Cim-Bom"un bu keçid üçün qarşı tərəfə 6 milyon avroya yaxın təzminat ödəyəcəyi iddia olunur.
Qeyd edək ki, Kerem Demirbay Almaniyanın əsas yığmasın 2 oyun keçirib.