Sankt-Peterburqda iki gün ərzində üçüncü dəfə hərbi komissarlığı yandırmağa cəhd ediblər.

"Unikal" xəbər verir ki, saat 21:20 radələrində naməlum şəxs Anqliski prospekti 2 ünvanında yerləşən hərbi komissarlığın binasına yanar qarışıq butulka atıb.

İlkin məlumata görə, yanğın nəticəsində işə qəbul bürosunun qapısı zədələnib . Təhlükəsizlik əməkdaşları yanğını təkbaşına söndürüblər. Yanğını söndürdükdən sonra polisə müraciət ediblər.