Qırğızıstan prezidenti Sadır Japarovun qohumu Ulan Japarov həbsdə qalıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Bişkekin Pervomayski Rayon Məhkəməsində vəsatət Daxili İşlər Nazirliyinin müstəntiqi tərəfindən verilib.

Məhkəmə müstəntiqin vəsatətini təmin edib. Ulan Japarov sentyabrın 26-dək paytaxtdakı həbsxanaların birində saxlanılacaq.

Prezidentin qohumu Ulan Japarov Qırğızıstan Cinayət Məcəlləsinin “Korrupsiya” maddəsi ilə ittiham olunur. Faktla bağlı Daxili İşlər Nazirliyinin İstintaq Xidməti tərəfindən araşdırma aparılır.

Ulan Japarov Sadır Japarovun əmisi oğlu Rakımjan Japarovun oğludur.