Gürcüstanın qərbində yerləşən Şovi kurortunda baş vermiş sürüşmə nəticəsində 50 nəfərlə əlaqə kəsilib. 

“Unikal” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, təbii fəlakət zamanı körpülər uçub, yollar dağıldığından həmin şəxslərdən məlumat yoxdur. 140 nəfər ərazidən təxliyə olunub. 

Helikopterlərlə axtarış işləri davam etdirilir. 
 

*** 21:55

Gürcüstanın Oni munisipalitetində sürüşmə zonasından iki nəfərin meyiti tapılıb.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın İctimai Televiziyasına Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, xilasedicilər fəlakət bölgəsində əməliyyat zamanı iki nəfərin meyitini çıxarıblar.

xxx

17:53

Gürcüstanın Şovi dağ kurortunda torpaq sürüşməsi baş verib.

“Unikal” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, sürüşmə "Sanset Shovi" otelinin yaxınlığında olub. Dağıntılar altında uşaqlar da daxil olmaqla 16 nəfər qalıb.

Şovinin girişindəki yol zədələnib, çayın üzərindəki körpü uçub, kotteclər dağılıb. 

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, təbii fəlakət baş verən əraziyə xilasedici helikopterlər göndərilib. 

Nuranə Abbasova