İnsult keçirərək xəstəxanaya yerləşdirilən Rusiyanın məşhur aktyoru İvan Krasko xəstəxanadan evə buraxılıb. 

“Unikal” xəbər verir ki, bu barədə “RİA Novosti”yə onun oğlu Fyodor məlumat verib.

Krasko iyulun 13-də Sankt-Peterburqdakı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

İyulun 15-də Kraskonun köməkçisi Daria Paşkova bildirib ki, aktyor beynindəki qan laxtasını çıxarmaq üçün təcili əməliyyat olunub.

Nuranə Abbasova