Türkiyəli müğənni Mustafa Sandalla həmkarı Gülbən Ərgən arasındakı küslük sona çatıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar 12 ildə sonra barışıblar.
Sandal "Barışmaq üçün sənə böyük bir qutu göndərdim. Onun içində bir daş, daşın içində isə sənə hədiyyə etdiyim mahnı sözləri var. O daşın mənası odur ki, mənimlə küsülü qalsan başını daşdan-daşa vurarsan" deyərək, küslüyə son qoyub.
Qeyd edək ki, M.Sandal müğənnidən "Başrolde Aşk" filmində rol almasını istəmişdi, o isə rədd cavabı verdiyi üçün münasibətləri pozulmuşdu.