Müğənni Lada Dens avtomobil qəzası keçirib.

"Unikal" xəbər verir ki, Krım magistralının 52-ci kilometrliyində 3 avtomobil toqquşub, ümumilikdə 4 nəfər xəsarət alıb. Taksidə olan sənətçi kəllə-beyin travması alıb. O, Rusiyanın Fövqəladə Hallar Nazirliyinin helikopteri ilə hadisə yerindən xəstəxanaya çatdırılıb.