Barselona hava limanında Rusiyadan olan ailə qarət edilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  oğrular təxminən 9 milyon dolllar dəyərində bir çamadan və bir çanta zinət əşyası oğurlayıblar.

Məlum olub ki, hücumçu şəxslər  "Louis Vuitton" markalı çamadanla yanaşı,  qızıl və brilyantla örtülmüş çantanın içərisində 5 milyon dollarlıq 47 karatlıq brilyant üzük, 822.000 dollarlıq Chanel broşu, təxminən dəyəri  990.000 dollar olan Bvlgari saatı olub. Həmçinin, çantada yarım milyon dollar dəyərində brilyant sırğalar, bir milyon dollar və müxtəlif valyutalarda 22.000 dollar nağd pul olub.  

İki oğru Barselonadan çıxarkən polis tərəfindən müəyyən edilərək yaxalanıb. Qiymətli əşyalar sahiblərinə qaytarılıb.

Seymur Əli