Türkiyədə "Stil İkon" yarışması ilə tanınan Gizem Karamelek sevgilisi ilə görüşdüyündən şübhələndiyi gənc qadını qardaşı və dostlarının köməyi ilə qaçırıb.

"Unikal" xəbər verir ki, bu  barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Kübra adlı qadını qaçıran və ona yaşadığı villada günlərlə işgəncə verən Gizem avtomobillə Gürcüstana keçərkən saxlanılıb. Ona kömək edən 4 nəfər də həbs edilib.

Onlar barəsində cinayət işi açılıb.