Elm və təhsil naziri Emin Əmrullayevin bu gün Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyin yeni binasının açılışında iştirak etməməsinin səbəbi məlum olub.

Elm və Təhsil Nazirliyindən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, Emin Əmrullayev hazırda məzuniyyətdədir.

***

11:41

Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyin yeni binasının açılışında iştirak edib.

"Unikal" xəbər verir ki, təqdimat mərasimində elm və təhsil naziri Emin Əmrullayevin əvəzinə onun müavini Firudin Qurbanovun iştirak etməsi diqqət çəkib.

Belə ki, açılış mərasimində nazir iştirak etməyib. Dövlət başçısına isə onun müavini Firudin Qurbanov görülən işlərlə bağlı məlumat verib.

Seymur Əli