Bir müddətdir Lyme xəstəliyi ilə mübarizə aparan dünya şöhrətli model Bella Hadid müalicə prosesi zamanı çəkilmiş fotolarını yayımlayaraq yaşadıqlarını paylaşıb.
"Unikal" xəbər verir ki, model sözügedən fotoları 59,3 milyon izləyicisi olan "Instagram"da yayımlayıb.
Çətin proses zamanı yaşadıqlarından bəhs edən model paylaşımında bu qeydi qeyd edib:
"Əziyyət çəkən balaca mən özümdən əl çəkmədiyim üçün mənimlə fəxr edirəm. Bütün tibbi qeydlərimi saxladığı üçün anama təşəkkür edirəm. Bütün bunlar boyunca yanımda olmaq, heç vaxt yanımdan ayrılmamaq, qorumaq, dəstək olmaq, ən əsası mənə inanmaqdır".