Qaxda 43 yaşlı kişi kimyəvi dərmandan zəhərlənib. 

"Unikal" xəbər verir ki, ötən gün günorta saatlarında rayonun Tanqıt kənd sakini 43 yaşlı Fehruz Fərzəliyev zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Müayinə zamanı F. Fərzəliyevin qarğıdalı əkilən səhədə kənd təsərrüfatı təyinatlı kimyəvi dərmanla sahəni dərmanlayarkən zəhərləndiyi məlum olub. F. Fərzəliyevə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib. 

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli