İspaniyalı aktyor Rodolfo Sançonun oğlu Daniel Sanço Bronçalo homoseksual sevgilisi Edvin Arrieta Arteaqanı öldürüb. Daha sonra 29 yaşlı "Youtuber" Edvinin cansız bədənini parçalara ayıraraq zibil qutusuna atıb.
"Unikal" xəbər verir ki, hadisə Tailandda baş verib. Edvinin parçaları vətəndaşlar tərəfindən zibillikdə tapılıb.
Qısa zamanda Sanço saxlanılıb. O, polislərə Edvini "seks və pul" üstündə mübahisə zamanı öldürdüyünü etiraf edib. Sanço Edvini 14 parçaya böldüyünü, daha sonra meyitin bəzi hissələrini dənizə və adanın ətrafındakı digər yerlərə atdığını bildirib.
Polis bir ildir münasibətdə olan cütlüyün keçən həftə birlikdə məclisdə iştirak etmək üçün adaya gəldiyini bildirib. Polis dalğıcları dənizdə axtarış apararkən Edvinin başını və əllərini tapıblar. Hazırda həbsdə olan Sanço məhkəməyə gəlməzdən əvvəl intihar riskinə görə Taylandda müşahidə altındadır.