Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan II MDB Oyunlarında növbəti matçını keçirib.
"Unikal" xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri ilə qarşılaşan yığma 7:3 hesablı qələbə qazanıb. Sabir Allahquliyevin dubl etdiyi görüşdə digər qolları İsa Zeynallı, Ramil Əliyev, Elçin Qaslmov, Orxan Məmmədov və Elşad Manafov vurublar.
Milli komanda turnirdə növbəti oyununu avqustun 8-i saat 15:30-da Özbəkistan yığmasına qarşı keçirəcək.