Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar Xızı rayonuna səfəri çərçivəsində şəhid Natiq Verdiyev və şəhid Elməddin Cəfərovun ailəsini ziyarət edib.

"Unikal" xəbər verir ki, görüşdə ailə üzvləri şəhidlərlə bağlı xatirələrini bölüşüb, onların keçdiyi rəşadətli döyüş yolundan danışıblar.