Ekologiya və Təbii Sərvətlər Nazirliyinin növbəti “Tullantıları ekoçantaya dəyiş” aksiyası Qubada keçirilib.

Nazirlikdən “Unikal”a verilən məlumata görə, aksiya zamanı vətəndaşlar ümumi tutumu 270 litr olan plastik, 44 litr tutumu olan şüşə butulka və 51 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə ediblər. Uşaqlara isə əlavə olaraq kitablar hədiyyə olunub.

Hər kəsi bu cür aksiyalarda fəal iştirak edərək şəhərdə və bölgələrdə tullantıların təkrar emalına dəstək olmağa, eyni zamanda plastik torbalar əvəzinə çoxistifadəlik ekoçantalardan istifadəyə səsləyirik.