Türkiyənin keçmiş milli basketbolçu İbrahim Kutluayın 14 yaşlı oğlu Ömər Kutluay İspaniya komandası “Real Madrid”in basketbol komandasına qəbul olunub.
“Unikal” xəbər verir ki, bu barədə Kutluay sosial şəbəkədə məlumat yayıb.
“İdman həyatımda hər cür uğur və həyəcan yaşadığımı sanırdım, amma oğlumun macərasına şahid olmaq tamam başqa bir hissdir. Xəyallarının ardınca gedərkən cəsarətlə başladığın bu yeni yolda sona qədər yanındayam, oğlum. Dünyanın ən böyük klubunun formasını geyindiyin üçün səninlə fəxr edirəm”, - deyə İbahim yazıb.
Qeyd edək ki, Ömər, eyni zamanda tanınmış model Demet Şenerin oğludur. İbrahimlə Demet 13 illik ailə həyatına 2022-ci ildə son qoyublar.
Nuranə Abbasova