Bu ilin yanvar-may aylarında Bakı şəhərinin iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 174,5 manat olub.
Bu barədə “Unikal” Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Bildirilir ki, orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,1 % çoxdur.
Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,1 % artaraq 916,8 manata çatıb