Azərbaycanın tanınmış cüdoçusu Rüstəm Orucov idmançı karyerasını başa vurub.
"Unikal" xəbər verir ki, 31 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.
“Unudulmaz illər idi və mən cüdonu seçdiyim, böyük arenalarda bayrağımızı dalğalandırmaq şərəfinə nail olduğum üçün çox xoşbəxtəm. Ancaq hər səyahətin bir sonu da olur. Avqustun 8-i Olimpiya medalı qazandığım gündür və məhz bu gün böyük idmanla vidalaşıram. İndi isə həyatımda yeni səhifə açmaq vaxtıdır”, - deyə R.Orucov paylaşımında qeyd edib.