Azərbaycan Premyer Liqasında II turun iki oyununun başlama saatı dəyişdirilib.

"Unikal" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Məlumata görə, avqustun 12-nə təyin olunmuş “Araz Naxçıvan”-“Qəbələ” matçı saat 18:30-da, “Zirə”-“Kəpəz” görüşü isə 21:00-da başlayacaq.

Məlumata görə, dəyişiklik təşkilati işlərlə əlaqədardır.