Türkiyə ordusu Suriyanın şimalında 4 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlik qeyd edir ki, Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında terrorçulara qarşı qətiyyətli mübarizəni davam etdirir.