Uzun illər güclü səsi və mahnıları ilə adından söz etdirən Ebru Gündeş zaman-zaman ailəsi ilə gündəmə gəlməyə davam edir. Cəmi 4 yaşında ikən atası tərəfindən tərk edilən Gündeşin bir bacısı olduğu ortaya çıxıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənninin atası Remzi Gündeşin başqa bir evlilikdən qızı olduğu öyrənilib. Gündeşin heç kimin tanımadığı, tənha həyat sürdüyü bir bacısı olduğunu eşidənlər heyrətlərini gizlədə bilməyiblər, müğənninin münasibəti də diqqət çəkib.
İddiaya görə, Aslıhan Gündeş Akça Ebru Gündeşlə görüşmək üçün sosial şəbəkədə bir neçə mesaj göndərsə də, müğənni görüşməkdən imtina etdiyi üçün cavab verməyib. Gündeşlər arasındakı oxşarlıqlar isə diqqət çəkib.