Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında Azərbaycanın daha iki paracüdoçusu medal qazanıb.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsindən məlumat verilib.
Qadın cüdoçuların yarışında Xanım Hüseynova (70 kq) çempion olub, Dürsədəf Kərimova (+70 kq) isə gümüş mükafata yiyələnib.