“Araz-Naxçıvan” futbolçusunun adının düzgün yazılmamasına görə AFFA İntizam Komitəsi tərəfindən cərimələnib.
"Unikal" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Premyer Liqanın I turunda, “Turan Tovuz”la görüşdə Vanderson Melonun formasında qeyri-əlifba hərfindən istifadə edilməsi naxçıvanlıları 800 manat ziyana salıb.
“Səbail”lə səfər görüşündə azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi “Sumqayıt”ın 1500 manat cərimələnməsinə səbəb olub.
Həmçinin “Neftçi” ilə Gəncədəki qarşılaşmada yerli azarkeşlər tərəfindən meydana kənar əşya atılması “Kəpəz”in 800 manat cərimələnməsi ilə nəticələnib. Matç bitdikdən sonra meydana kənar şəxslər daxil olduğundan, “Kəpəz” daha 800 manat cəriməyə məruz qalıb.
“Sabah” – “Qəbələ” görüşündə oyun günü planının tələbləri pozulduğuna görə meydan sahibi komanda 1000 manat ziyana düşüb.