İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 7 nəqliyyat vasitəsi özəlləşdirilib.

"Unikal" xəbər verir ki, hərracda bəzi avtomobillərə edilən təklif start qiymətindən çox olub.

Belə ki, “Nissan Maxima” markalı avtomobil 2000 manat ilkin qiymətlə təklif olunsa da, sonda 3250 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/35Fugq linki vasitəsilə tanış olmaq mümkündür.

Növbəti hərraclar 15, 22 və 29 avqustda keçiriləcək.