09.08.2023-ci il torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, kapitan Məmmədov Pərviz Ələddin oğlunun doğum günüdür.

"Unikal" xəbər verir ki, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı, icra hakimiyyətinin vəzifəli şəxsləri, rayon ictimaiyyət nümayəndələri,din adamları şəhid kapitan Məmmədov Pərviz Ələddin oğlunun doğum günü ilə əlaqədar olaraq şəhidin məzarını ziyarət ediblər,  məzarı üzərinə gül dəstəsi qoyublar.  

Şəhidin valideyinləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını  bildiriblər. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə ediblər. 

Qeyd edək ki, Məmmədov Pərviz Ələddin oğlu 09.08.1989-cu il tarixində Tovuz rayonu, Çeşməli kəndində anadan olub.Daha sonra ailəsi ilə birlikdə Qaradağ rayonu Lökbatan qəsəbəsinə köçüb. 44 günlük Vətən müharibəsində düşmənə qarşı aparılan ədalət mübarizəsində iştirak edib və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə 30.09.2020-ci il tarixində qəhrəmancasına şəhid olub. Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən şəhidlər xiyabanında dəfn olunub. Müharibədə göstərdiyi rəşadətə, igidliyə görə Ali Baş Komandanın sərəncamına əsasən “Vətən uğrunda” medallı ilə təltif olunub.