Polşa Belarusla bütün sərhəd keçidlərini, o cümlədən dəmir yolu keçidlərini bağlaya bilər. 

"Unikal" xəbər verir  ki, bunu  Polşa Daxili İşlər Nazirliyinin rəis müavini Maşey Vonşik yerli KİV-ə müsahibəsində deyib.

Vonsik Polşa Daxili İşlər Nazirliyinin rəhbəri Mariuş Kaminskinin Litva Daxili İşlər Nazirliyinin rəhbəri Aqne Bilotaite ilə söhbətindən sonra əldə olunan nəticələrə istinad edərək,  Belarusla bütün sərhəd keçidlərinin mümkün bağlanması məsələsinə toxunub.

Onun sözlərinə görə, dəmir yolu keçidlərinin bağlanması ilə bağlı danışıqlar gedir.  

Gülayə Mecid