Londonun ICE birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti 2023-cü il yanvarın 27-dən bəri ilk dəfə bir barel üçün 88 dollara çatıb.
“Unikal” TASS-a istinadən xəbər verir ki, “qara qızıl”ın bir barelinin qiyməti 0,63% artaraq 88,06 dollar olub.
Eyni zamanda, sentyabr ayı üçün WTI markalı xam neftin fyuçersləri 0,52% artaraq bir barel üçün 84,72 dollar olub.
Nuranə Abbasova