"Atatürk" serialını ləğv edən "Disney Plus" Türkiyə ilə yanaşı dünyada böyük reaksiya ilə qarşılanıb.
"Unikal" xəbər verir ki, erməni lobbisinə boyun əyən platforma üzvlərinin sayı son rübdə 11 milyon nəfər azalıb.
Onlayn nəşriyyat platforması "Disney Plus" abunəçiləri isə analitiklərin təxmin etdiyi 154,8 milyondan az qalıb. Şirkət son rübdə 7,4 faiz azalaraq 146,1 milyon abunəçi olduğunu bildirib. Abunəçi itkilərinin çoxu şirkət Hindistan Premyer Liqasının kriket matçları hüquqlarını itirdikdən sonra baş verib. Şirkətin burada istifadəçilərinin sayı 24 faiz azalıb.
İstifadəçilərin sayının azalması və gəlirlərinin azalması ilə üzləşən şirkət oktyabr ayında rəqibi "Netflix" kimi reklamsız xidmətinin qiymətini artıracağını və parol paylaşımını məhdudlaşdıracağını açıqlayıb.
Həmçinin, Türkiyə bazarında bir müddət əvvəl "Atatürk" serialını yayımlamamağa qərar verən "Disney Plus"a qarşı boykot çağırışları başlayıb və minlərlə insan üzvlükdən imtina edib.
Seymur Əli