Sumqayıt şəhərində 2023-cü il iyul ayında 16 nəfər günvurma ilə TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib.

"Unikal" xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzi məlumat yayıb. Bildirilib ki, 15 nəfər Sumqayıt, 1 nəfər isə Novxanı kəndi ərazisindən müraciət edib.

Onlardan 8-i qadın, 8-i kişi olub. Xəstələrə lazımi tibbi yardım göstərilib.