“ABŞ prezidenti Co Bayden Nigerdəki vəziyyətə qarışmamalıdır”.

“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Nigeriyanın dini liderlərindən biri İlayca Ayodele deyib, Daily Post yazır. Onun sözlərinə görə, ABŞ-nin Afrika respublikasına mümkün müdaxiləsi ciddi səhv olardı.

“Əgər ABŞ Niger Respublikasına hücum edərsə, bu, şeytani və terror aktı olacaq. Bu o deməkdir ki, Co Bayden Tanrının qəzəbinə düçar olmaq istəyir. Qoy Niger öz gələcəyini təyin etsin, bu, Tanrının Birləşmiş Ştatlara göndərdiyi mesajdır. Birləşmiş Ştatlar ölkəni işğal edərsə, bu ona baha başa gələcək”, - Ayodele bildirib. 

Nuranə Abbasova