Ekvadorda prezidentliyə namizəd Fernando Villavisensionun seçkilərə 10 gün qalmış öldürülməsi dünya mətbuatında gündəm yaradıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, "Los Lobos" dəstəsi sosial mediada yerləşdirdikləri video ilə korrupsiyaya qarşı duruşu ilə tanınan siyasətçinin qətlinə görə məsuliyyəti öz üzərinə götürüb.
Dəstə üzvləri sui-qəsddən sonra boz qurd işarəsi tutaraq qələbələrini qeyd ediblər.
Qeyd edək ki, Fernando Villavisensio paytaxt Kitoda qatıldığı tədbirdən sonra maşınına minərkən başına üç güllə ilə öldürülmüşdü.
Gülayə Mecid