"Əbəs yerə plastik kartdan xarici ölkədə pul çıxaran zaman ayda 10 min dollarlıq limitin qoyulması belə rezonans yaradıb".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, bu qayda 30 min, 40 min və ya 100 min dollar çıxarmaq istəyənlərə mane ola bilməz.
"Çünki bu məbləği 5-10 nəfər və ya 5-10 kart vasitəsilə xaricə daşımaq, pulu kartdan çıxarmaq mümkündür. Amma 10 milyon və ya 100 milyon dolları ölkədən kartla çıxarmaq üçün 10 000 nəfər adam və ya 10 000 ədəd kart tapmaq mümkün deyil. Odur ki, bu yeni qərar böyük əhali kütləsini təsirləndirməyəcək. Bu qərar ölkədən külli miqdarda çirkli pul çıxarmağa çalışanları qayğılandıracaq"
İqtisadçı qeyd edib ki, digər dəyişiklik daha önəmlidir: "Belə ki, fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv edilərək aylıq limitlə əvəzlənib. Belə ki, ayda 20 min dollaradək ödəniş həyata keçirmək mümkün olacaq. Bu isə əvvəlki məhdudiyətlərlə yaranmış problemlərin həllinə vəsilə olacaq. Çünki, insanlar müxtəlif məqsədlər üçün bir dəfəyə ödəməli və həll etməli olduğu işini edə bilmir, günlərlə əziyyət çəkirdi. Odur ki, bunu daha effektiv dəyişiklik hesab etmək olar. O ki qaldı mənzil, maşın və digər əmlak almaq istəyənlərə, bu məsələdə problem yoxdur. Bu proseslər başqa qaydalarla tənzimlənir".