Sentyabrın 18-də keçirilməsi planlaşdırılan 75-ci Emmi Televiziya Mükafatları Hollivudda aktyor və yazıçıların tətili səbəbindən 15 yanvar 2024-cü il tarixinə təxirə salınıb.
"Unikal" xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb .
Onun sözlərinə görə, Fox kanalı mərasimi Sakit okean vaxtı ilə saat 17:00-dan 20:00-a qədər yayımlayacaq. Tədbirin yeni tarixi afroamerikalı hüquq müdafiəçisinin doğum gününə həsr olunmuş ictimai bayram olan Martin Lüter Kinq Gününə təsadüf edir.
11 sentyabr hücumları və oktyabrın 7-də ABŞ-ın Əfqanıstanda hərbi əməliyyatına başlaması səbəbindən tədbirin təxirə salındığı 2001-ci ildən bəri Emmi mərasimi ilk dəfə təxirə salınıb.
Təxminən 160 000 aktyorun maraqlarını təmsil edən Amerika Televiziya və Kino Aktyorları Federasiyasının tətili iyulun 14-də başlayıb və faktiki olaraq ABŞ kino sənayesində bütün istehsalı dayandırıb. Aktyorlar daha yüksək maaşlar və iş vaxtından artıq iş üçün təzminat tələb edir, həmçinin film istehsalında süni intellektdən istifadənin məhdudlaşdırılmasını tələb edirlər.