Daha əvvəl 5 dəfə nikah masasına oturan 71 yaşlı İbrahim Tatlısəs sosial media hesabındakı paylaşımında 6-cı dəfə evlənə biləcəyi siqnalını verib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun müddətdir subay olan Tatlısəs sosial media hesabında sürpriz şəkildə evlənə biləcəyini bildirib.
Yalnızlıqdan sıxılan sənətçi "Hər an sürpriz evlilik edə bilərəm, bu çox da uzaqda deyil. Təklik yalnız Allaha məxsusdur, tək yaşamağı sevmirəm. Təbii ki, ətrafım genişdir, istirahət emək istəyirəm".