Türkiyənin Malatya şəhərində baş verən zəlzələ nəticəsində azı 23 nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

"Son məlumatlara görə, zəlzələdən sonra Malatyada 22, Adıyamanda isə 1 nəfər hündürlükdən tullanaraq yıxılaraq xəsarət alıb", - deyə o,"X" ("Twitter") hesabında bildirib.

O əlavə edib ki, əraziyə 20-dən çox təcili tibbi yardım maşını göndərilib, xəstəxanaya yerləşdirilənlərin müalicəsi davam etdirilir.

00:16

Malatya vilayətində baş verən zəlzələdə 1 qəzalı bina dağılıb, 2 ağır zədələnmiş bina yana əyilib, 22 nəfər yüngül xəsarətlər alıb.

"Unikal" xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

"Hələlik itkilərimiz yoxdur. 1 qəzalı bina dağılıb, 2 ağır zədələnmiş bina yana əyilib. Qorxu, panika və hündürlükdən tullanma nəticəsində 22 vətəndaşımız yüngül xəsarət alıb", - nazir vurğulayıb.

Onun sözlərinə görə, səlahiyyətli qurumların əməkdaşları ərazidə araşdırmaları davam etdirirlər.

22:57

Türkiyənin Malatya vilayətində 5,3 maqnitudalı baş verən zəlzələ nəticəsində bir tərk edilmiş bina dağılıb.

"Unikal" xəbər verir ki, bu barədə Malatya valisi Hulusi Şahin bildirib.

O, bir neçə nəfərin yaralandığını, lakin başqa dağıntıların olmadığını da vurğulayıb.

21:59

Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunda 5,3 maqnitudalı zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.