Suriyanın şimal-şərqindəki Əl-Hasek əyalətində yerləşən ABŞ hərbi bazasının ərazisində güclü partlayış baş verib.

"Unikal" hadisə şahidlərinə istinadən xəbər verir ki, partlayışdan sonra bazanın ərazisində yanğın müşahidə olunub.

Məlumata görə, partlayış ABŞ hərbçilərinin baza kimi istifadə etdiyi Əl-Cəbsə neft yatağındakı evlərdə səslənib . Digər təfərrüatlar barədə məlumat verilmir.

Hazırda ABŞ Silahlı Qüvvələri Suriyanın ən böyük neft və qaz yataqlarının yerləşdiyi Deyr əz-Zor, Əl-Hasek, Rakka əyalətlərində ölkənin şimal və şimal-şərqindəki ərazilərə nəzarət edir. Dəməşq bununla bağlı ABŞ-ın “dövlət piratçılığı” və “açıq-aşkar neft oğurluğu” ilə məşğul olduğunu bəyan edib.

Daha əvvəl bildirilmişdi ki, Moskva “Cəbhət ən-Nusra” terror qruplaşmasının silahlıların obyektlərinə və patrullarına qarşı terror aktları üçün kamikadzeləri fəal şəkildə hazırlaması barədə xəbərlərdən son dərəcə narahatdır. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hərbçilər Rusiya və Suriya hərbçilərinə hücumlar planlaşdıran yaraqlılara qarşı qəti və sərt tədbirlər görəcəklər.