Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin birləşdirilməsi üzrə layihənin texniki-iqtisadi əsaslandırması ilin sonuna qədər hazır olmalıdır.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Energetika Nazirliyi məlumat yayıb.
Qərar Rusiya energetika nazirinin müavini Pavel Snikkars, Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov, İranın energetika nazirinin müavini Homayun Khaeri, eləcə də üç ölkənin enerji şirkətlərinin nümayəndələri arasında keçirilən üçtərəfli danışıqlarda qəbul edilib.