Azərbaycanda "TikTok" sosial şəbəkə istifadəçilərindən biri öldürdüyü pişiyin videosunu paylaşıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində həmin şəxsin 1990-cı il təvəllüdlü Goranboy rayon sakini Nizami Səlimov olduğu müəyyən edilib. O, yaydığı videoda pişiyi quşları yediyi üçün öldürdüyünü bildirib.

Goranboy Rayon Polis şöbəsində N.Səlimov barəsində qanunamüvafiq tədbir görülüb.

Murad İbrahimli