Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən abituriyentlərin ixtisas seçiminə kömək məqsədilə şəhər və rayon təhsil şöbələrində dəstək mərkəzləri yaradılıb.

"Unikal" xəbər verir ki, mərkəzlərdə ödənişsiz məsləhət xidməti, ixtisaslar haqqında məlumat və peşəkarlar tərəfindən ixtisas seçiminə dəstək göstəriləcək.