Hollivud ulduzları Bred Pitt və Ancelina Coli 7 illik məhkəmə çəkişməsindən sonra boşanmalarını yekunlaşdırıblar. 

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, illərdir davam edən məhkəmə prosesində cütlük arasında ən son fikir ayrılığı evli olarkən əldə etdikləri fransız şərab zavodu “Chateau Miraval”la bağlı olub. Pitt şərab zavoduna tam nəzarət etmək üçün 250 milyon dollar ödəyəcək.

2014-cü ildən evli olan 59 yaşlı Bred Pitt və 48 yaşlı Ancelina Coli 2016-cı ildə təyyarədə qızğın mübahisədən sonra ayrıldıqlarını elan ediblər.

Cütlüyün 21 yaşlı Maddoks, 19 yaşlı Paks, 18 yaşlı Zahara, 17 yaşlı Şilo və 15 yaşlı əkizlər Noks və Vivyen adlı uşaqları var. 

Nuranə Abbasova