“Bakı şəhərində daha 2 küçədə sürət həddi endirilib”.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) “Unikal”a verilən məlumata görə, 11 avqust tarixindən paytaxtın Məhəmməd Hadi və Təbriz küçələrində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.

“Hər iki yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.

Sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələrini xahiş edirik”, - məlumatda qeyd edilib.