Aktrisa İlayda Alişan uçuşa gec qaldığı üçün təyyarəyə buraxılmayıb.
"Unikal" xəbər verir ki, əsəbiləşən sənətçi hava limanı işçilərini tənqid edib. Buna səbəb isə onun qeydiyyata 5 dəqiqə gecikməsi olub:
"40 dəqiqə əvvəl orada idim. Təyyarəyə buraxılmadım. Dedilər ki, 45 dəqiqə əvvəl qeydiyyatdan keçməlisiniz. Əks halda gecikmiş hesab olunursunuz. Deyirəm ki, təyyarə uçmayıb, əlimdə çamadanım da yoxdur. Sözümə baxmadılar".