Türkiyənin super starı Ajda Pekkan ötən gecə Harbiye Açıq Havada iki ildən sonra ilk dəfə səhnəyə çıxıb.
“Unikal” Türkiyə mediasına istinadən xəbər verir ki, möhtəşəm səhnə şousu nümayiş etdirən müğənnini bacısı Semiramis Pekkan tək qoymayıb. Semiramisi səhnəyə dəvət edən Ajda onunla birlikdə mahnılar ifa edib.
S.Pekkan “Hər kəsin həyatında bir kumiri var. Mənim kumirim Ajda Pekkandır” deyib.
Nuranə Abbasova