Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə avqustun 20-də Budapeştə səfər edəcək.

"Unikal" xəbər verir ki, görüşdə təhlükəsizlik və iqtisadi məsələlər müzakirə olunacaq. Bildirilir ki, tərəflər ilin sonunda Budapeştdə keçiriləcək Macarıstan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasını hazırlamağı planlaşdırırlar.

Qeyd edək ki, Türkiyə Prezidenti sonuncu dəfə 2019-cu ilin noyabrında Budapeştə rəsmi səfər edib.