İstanbulunun Bağcılar səmtində lüks rezidensdə yaşayan iranlı model Rana A. saxlanılıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, modelin saxlanılmasına səbəb yaşadığı mənzilin eyvanından havaya atəş açması olub.
Həmçinin, Rana hadisəni əks etdirən görüntüləri sosial şəbəkədə paylaşıb. Görüntülər əsasında polis hərəkətə keçib vəı model Rana A. nəzarətə götürülüb
İstanbul polisindən verilən açıqlamada, "Araşdırmalar nəticəsində məlum olub ki, yaşayış massivində tapançadan atəş açmaqla ümumi təhlükəsizliyi qəsdən pozan şübhəli Rana A. adlı əcnəbi vətəndaş saxlanılıb.İl Təhlükəsizlik Müdirliyi qruplarımız tərəfindən tutulan şübhəlinin yaşadığı evdə edilən axtarış zamanı quru tapança deyilən silah ələ keçirilib. Mövzuyla əlaqədar istintaq başladılıb", - qeyd olunub.
Gülayə Mecid