Fransanın Pas-de-Kale departamenti yaxınlığındakı La-Manş boğazında qayığın batması nəticəsində altı miqrant ölüb.

"Unikal" xarici KİV-lərə istinadla xəbər verir ki, Fransa və Böyük Britaniyanın sahil xidmətlərinin birgə səyləri ilə qayıqda olan 50-dən çox miqrant xilas edilib.

Qeyd edək ki, Afrika və Yaxın Şərqdəki müharibələrdən və yoxsulluqdan qaçan minlərlə miqrant kiçik qayıqlarla La-Manş boğazını keçməyə çalışırlar.