Nijni Novqorodda sərnişinləri daşıyan gəmi Volqa boyu gedərkən beton bəndə çırpılıb. 

"Unikal" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, "Dobroxod" gəmisi Çay stansiyası ərazisində 4 saylı estakadadan dönərkən qəza edib. 

Hadisə nəticəsində xəsarət alan olmayıb. 

Qəzaya uğramış gəmi təxminən yarım saat körpüdə qalıb, bundan sonra insanlar sahilə buraxılıb.