Qara dənizdə, Odessa vilayətinin sahillərində yerləşən Zmeiny (İlan adası - red.) adasında Ukraynanın sərhəd nişanı quraşdırılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin rəisi Serhiy Deyneko bildirib. 

Onun sözlərinə görə, hadisə avqustun 12-də baş verib: "Bu gün Zmeynı adasında sərhəd nişanı quraşdırılıb. Tarixi ədalət Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin hərbi qulluqçularının hərtərəfli dəstəyi ilə Dövlət Sərhəd Xidmətinin hərbçiləri tərəfindən bərpa edilib. Yeni lövhə İzmail sərhəd dəstəsinin hərbçiləri tərəfindən quraşdırılıb. Əvvəlki işarə 2022-ci ildə strateji əhəmiyyət kəsb edən adanın müvəqqəti işğalı zamanı rus işğalçıları tərəfindən məhv edilib".